Buna qədər çox səsverməmiz olub, amma beləsi ilk dəfə olacaq... - (Təkrar BİRLİYİN Anasıdır!)
MİR ŞAHİN SEÇKİ İLƏ BAĞLI DAHA BİR ÇAĞIRIŞ ETDİ

Fevralın 7-nə 30 saat qalır. Taleyimizin Şərəf Lövhəsində, Tariximizin Vitrinində Xalqımızın bütün Əzəməti ilə görünəcəyi gündən bizi  saatlar ayırır! “Qalib Xalq nə boyda olur?” sualının doğru cavabı-BİZ olacağıq, hər səsvermə məntəqəsi önündə nümayiş etdirəcəyimiz misilsiz seçici fəallığı olacaq. Üzü seçki məntəqələrinə yaradacağımız növbələr olacaq! 

 

İndi isə sualım: səsvermə məntəqələrini suveren və ərazi bütövıüyü təmin edilmiş Azərbaycan naminə ziyarətə kim və necə hazırlaşır? Buna qədər çox səsverməmiz olub. Amma beləsi ilk dəfə olacaq. Hər bir azərbaycanlının özünü tarixi şəxsiyyətə çevirəcəyi günün əhəmiyyətini hamımız-bütün miqyası ilə dərk edirikmi? Başa düşürəm, vətəndaş xoşbəxtliyimizin miqyası o qədər böyükdür ki, yəqin eyforiya bunu tam anlamağa mane də olur. Amma Şuşa, Laçın, Xankəndi, Kəlbəcər, Ağdam… və daha neçə şəhərimizi, qəsəbəmizi, kəndimizi görünməmiş fədakarlıqlar hesabına geri qaytaran şəhid və qazilərimiz görməlidir ki, onların şərəfinə, canını Bayrağımıza tapşırıb əldə etdikləri yüksəkliklərə biz necə LAYİQİNCƏ!!!-səs veririk! 

 

Səsimizi bax o zirvələrə çatdırmaq naminə, hər bir kiçik dövlət-Ailə, böyük dövlətə-AİLƏYƏ öz səsiylə necə qovuşacaq? Həyatımızın 7 Fevralını-Ən Böyük Milli Gününü-Vahid, Bütöv, Suveren Səsverməmizi-Azərbaycanda bizim, planet boyu isə bütün Dünya Azərbaycanlılarının faktiki və rəmzi fləşmobuna çevirməyə kim və necə gedəcək?

 

P.S. ( Cavablarınızı gözləyirəm! Ən azı deyə bilərsiniz ki, 100 yaşlı babanızı, nənənizi özünüz aparacaqsınız səs verməyə: son nəfəsdən əvvəl son səsdir!)

 

Mir Şahin Ağayev,

Real TV-nin direktoru

 

Senzor.az-dan: Tanınmış jurnalist bir az əvvəl seçki günü ilə bağlı sosial şəbəkə hesabında daha bir çağırış-status paylaşıb. Həmin çağırışda deyilir:  “Analar, Atalar, Bacılar, Qardaşlar, Dostlar, Yoldaşlar, bir sözlə-əziz Azərbaycanlılar! Ölkəmizin, dövlətimizin, xalqımızın üzərinə gələnlərə, Qərbli, Şərqli, Şimallı, Cənublu-bizi özünün əlaltısı, ayaqaltısı kimi görmək istəyənlərə-“TƏKCƏ ELƏ SƏSİMİZLƏ SİZİ BASIB keçərik!” deyəcəyimiz günə saatlar qaldı! Biz Azərbaycanın Ərazi Bütövlüyünü Hamımızın Səsi misalında nümayiş etdirəcəyik! Şuşanın, Xankəndinin, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xocavəndin, Əsgəranın-Bütün Azadlıq Ərazilərimizin sahibi olduğumuzu seçki qutusu başında təsdiq edəcəyik! 7 fevral yalnız Prezident   Seçkisi yox, həm də Millət Seçkisi, Xalq Seçkisi, Dövlət Seçkisi, Ləyaqət Seçkisi günüdür. Səsimiz Batmasın! Tariximizin ən izdihamlı səsverməsinə doğru!”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.