“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib.
Bu barədə holdinqin sözçüsü Fidan Quliyeva Facebook hesabında paylaşım edib.
“Daxil olan çoxsaylı zənglərə əsasən, paylaşım etmək məcburiyyətində qaldım.
"Palmali Holding" Yönətim Kurulu Başkanı Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib.
Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadır. Zəng edən və maraqlanan hər kəsə təşəkkürünü bildirdi”, - paylaşımda bildirilib.
F.Quliyeva M.Mənsimovun açıqlamasını da paylaşıb: “Özümü yaxşı hiss edirəm, narahatçılığa heç bir əsas yoxdur. Həkimlər tərəfindən lazım olan bütün tədbirlər görülür. Səhhətimlə maraqlanan və narahat olan hər kəsə təşəkkür edirəm. Yaxşıyam”.