Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.
Senzor.az bildirir ki, nəticələri təşkilatın nümayəndəsi George Brinbaum açıqlayıb.
Nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;
Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyev - 0.3.