ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton İsrail Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.
H. Klinton bu barədə “MSNBC”yə müsahibəsi zamanı deyib: “Netanyahu getməlidir. O, etibarlı lider deyil. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi”.
Bununla belə, sabiq dövlət katibi İsrail dövlətinin Qəzza zolağındakı siyasətini müdafiə edib: “Təcavüzkarla necə yola getmək olar?! Biz onları dayandırmalıyıq”.