Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Anatoli Bargileviçi Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi təyin edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, bu barədə axşam videomüraciətində məlumat verib.
Əvvəllər bu vəzifəni general-leytenant Sergey Şaptala tutub. Bargileviç isə Ərazi Müdafiə Qüvvələrinə rəhbərlik edib.