İndoneziya Fransa istehsalı olan döyüş təyyarələrini almaqdan imtina etdi

İndoneziyanın hakimiyyət orqanları xidmətdə olan təyyarələri modernləşdirmək niyyəti ilə  Qətərdən 790 milyon dollara 12 ədəd “Mirage 2000-5” döyüş təyyarəsini almaqdan imtina edib.

 

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, “Mirage” qırıcılarının alışı baş tutmayacaq və bu cür planlar artıq ləğv edilib: “Yəni müqavilə etibarlı deyil”.

 

Xatırladaq ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.

 

Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxildir.

 

Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.