NATO-ya üzvlük haqqını ödəməyənlər Rusiyadan qorunmayacaqlar... - TRAMP MÜTTƏFİQ ÖLKƏLƏRİ HƏDƏLƏDİ

NATO-ya üzvlük haqlarını ödəmək istəməyənlər müttəfiqləri tərəfindən  müdafiə olunmayacaqlar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxış edərkən deyib. 

 

“Böyük bir ölkənin prezidentlərindən biri mənə dedi: “Əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, sən bizi qoruyarsan?” Dedim: “Ödəməmisiniz. Deməli, ödənişi gecikdirirsiniz?” Yox, mən onları müdafiə etməzdim. Üzvlər üzvlük haqlarını ödəməlidirlər”, - Tramp bildirib.

 

Xatırladaq ki, Şimali Atlantika Alyansı 1949-cu ildə Sovet İttifaqına qarşı kollektiv mübarizə aparmaq üçün yaradılıb. Razılaşmanın əlamətdar xüsusiyyəti ondan ibarətdir ki, bir NATO üzvünə hücum hamıya-bütün müttəfiqlərə hücum hesab olunur.

 

Tramp uzun müddətdir ki, NATO-dan narazılığını bildirir və üzv dövlətlərin başçıları ilə mübahisə edir, üzv ölkələrin ümumi daxili məhsulunun 2%-ni müdafiəyə xərcləmələrini istəyir, əks halda ABŞ-ı blokdan çıxaracağı ilə hədələyir.

 

Yeri gəlmişkən, keçən il dərc olunan hesabatda o vaxtkı 30 üzv ölkədən yalnız 11-nin müdafiəyə ÜDM-nin 2%-ni və ya daha çoxunu xərclədiyi məlum olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.