İran Prezidenti İbrahim Rəisi Cənubi Qafqazda kənar dövlətlərə aid qüvvələrin olmasına qarşı olduğunu söyləyib.
Senzor.az bildirir ki, o bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanı qəbul edərkən deyib.
“Biz problemlərin həllinə kömək etdiklərini bəhanə gətirərək bölgədə əcnəbilərin mövcudluğu ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemlərin öhdəsindən gəlməyə kömək etməyəcək, əksinə, regionun xalqları və hökumətləri üçün daha böyük problemə çevriləcək”, - deyə İ.Rəisi vurğulayıb.
İran Prezidenti həmçinin Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəklədiyini bildirib.