“Avdeyevkadan geri çəkilmə Ukraynaya silah yardımının zəifləməsinin nəticəsidir”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “İnter” telekanalına müsahibəsində deyib.
“Baydenlə danışdıq. Və düşünürəm ki, prezident Bayden təfərrüatları bilir. O bilir ki, Avdeyevkadan çıxış Ukraynaya silah yardımının zəifləməsinin nəticəsidir. Bunu hamı etiraf edir. Əsgərlərimizin həyatını xilas etmək istəyirik. Mən şadam ki, komandanlıq Avdeyevkadan geri çəkilmək qərarına gəlib. Biz hər şeyi geri qaytaracağıq”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, öz növbəsində Bayden Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatı çatışmazlığı səbəbindən Avdeyevkanı itirdiyini açıqlayıb. O, buna görə ABŞ Konqresini günahlandırıb və Konqresi Kiyevə yeni yardımı tez bir zamanda təsdiqləməyə səsləyib.
Onu da qeyd edib ki, əks təqdirdə, Ukrayna daha bir neçə şəhərini itirə bilər.