Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Senzor.az-ın məlumatına görə, Ətraf Mühitin Çirklənməsi Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva jurnalistlərə bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.
"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva vurğulayıb.