Kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.
Bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.
Beynəlxlaq axtarışa verilən P.Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib.
APA xatırladır ki, Çex Respublikasının ədliyyə naziri 2023-cü ilin iyul ayında Polad Ömərovun ABŞ-a ekstradisiyası haqqında qərar imzalamışdı.