Böyük Britaniya Ukraynaya daha “200” ədəd “Brimstone” raketi verəcək.
TASS xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.
“Bu gün Ukraynaya 200 ədəd tank əleyhinə “Brimstone” raketindən ibarət yeni yardım paketi ayrıldığını elan edə bilərəm. Bu tip raketlər isə döyüş meydanındakı vəziyyətə təsir etmək qabiliyyətini artıq göstərib”, - o deyib.
Q.Şepps xatırladıb ki, yaxın gələcəkdə Kiyev Londondan, həmçinin PUA-lar, radioelektron mübarizə avadanlıqları, Ukraynaya Beynəlxalq Yardım Fondundan alınmış minalardan təmizləmə və digər növ texnikalar da alacaq. O, Böyük Britaniyanın NATO üzrə müttəfiqləri ilə birlikdə 2024-cü ilin birinci yarısında krallıq ərazisində Ukrayna Silahlı Qüvvələrinin 10 min hərbçisinə təlim keçəcəyini də əlavə edib.(“Report”)