Makron beynəlxalq sərgidə fitə basıla bilər - XÜSUSİ XİDMƏT ORQANLARINDAN XƏBƏRDARLIQ

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi prezident Emmanuel Makronun Beynəlxalq kənd təsərrüfatı sərgisinə səfəri zamanı fermerlərin mümkün təxribatlarından ehtiyat edir.

 

Bu barədə BFMTV kanalı məlumat yayıb.

 

“Prezident fitə basılmaq riski ilə üzləşib”, - kəşfiyyat xidmətinin məruzəsində bildirilir. Təhlilçilər həmçinin dövlət başçısının sərgiyə gəlişindən sonra “çoxlu aksiyaların” olacağını proqnozlaşdırırlar.

 

Bununla belə, fermer birliklərinin nümayəndələri, xüsusən “Coordination Rurale” martın 3-dək kənd təsərrüfatı şousu boyunca, oraya gələn siyasətçilərə qarşı etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Daxili Təhlükəsizlik Baş İdarəsi həmçinin qeyri-birlikdə olan fermerlərdən sərgini pozmaq üçün “fərdi təşəbbüslər” təhdidi ehtimalını da güman edir.

 

Telekanalın məlumatına görə, beynəlxalq kənd təsərrüfatı sərgisinə gələn bütün ziyarətçilər hərtərəfli yoxlamadan keçəcəklər. Təşkilatçılar fermerlərin kortəbii hərəkətlərindən ehtiyatlanır və salon mühafizəçilərinin sayını əvvəlki illərlə müqayisədə 30-40 % artırmaq niyyətindədirlər. Tədbiri prezident Emmanuel Makron açacaq və o, orada fermerlərlə hakimiyyətdən xarici istehsalçıların haqsız rəqabətindən qorunmaq üçün tədbirlər görməsini tələb edən müzakirələr aparmaq niyyətindədir.

 

“Report” xatırladır ki, sərgi fevralın 24-dən martın 3-dək davam edəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.