Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya təhvil verilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat verib.
“Navalnın meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin onu ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”, - Yarmış bildirib.