ABŞ-ın keçmiş prezidenti Donald Tramp bülletenlərin 90 faizi hesablandıqdan sonra Cənubi Karolinada Respublikaçıların praymerizində qalib gələrək 60 faiz səs toplayıb.
Bu barədə CNN məlumat yayıb.
ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli hazırda 39,3 faiz səs toplayıb.
Tramp artıq Cənubi Karolinada qələbəsini elan edib.
Heyli məğlubiyyətini etiraf edib. O, tərəfdarları qarşısında Trampı qələbəsi münasibətilə təbrik edib və 2011-2017-ci illərdə qubernator vəzifəsində çalışdığı ştatda məğlub olmasına baxmayaraq, yarışda qalacağına söz verib.
Senzor.az xatırladır ki, iyulun 15-də Viskonsin ştatının Miluoki şəhərində Respublikaçıların Milli Qurultayı keçiriləcək. Trampın lazımi sayda nümayəndə səsini, yəni 2429 səsdən 1215-ni artıq martın 12-dək qazanacağı proqnozlaşdırılır.