Polşalı fermerlərin Ukrayna ilə sərhəddə aksiyaları getdikcə kəskinləşməyə başlayıb.
Strana.ua bildirir ki, bu dəfə onlar Rava-Russkaya-Qrebennoye keçid məntəqəsində yerə mismar və vintlər səpələyiblər.
Ehtimal ki, polyaklar bu yolla ukraynalı sürücülərin maşınlarını dayandırmaq istəyiblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və kommunal xidmət əməkdaşları yollanıblar.
Qeyd edək ki, polşalı fermerlər uzun müddətdir ki, Ukrayna ilə sərhəddə müxtəlif aksiyalar keçirirlər.