Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək - ƏRDOĞAN
YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.


Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.


"O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi", - Türkiyə Prezidenti vurğulayıb.


Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.


**15:05


Kreml Rusiya Prezidenti Vladimir Putinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı barədə məlumat yayıb.


Kremlin mətbuat xidməti xəbər verir ki, telefon danışığı zamanı Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının mənafeyi naminə uzun illər dövlət fəaliyyətini, xüsusən də Türkiyənin beynəlxalq aləmdə möhkəmləndirdiyin qeyd edib.


Putin Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini də vurğulayıb.


Telefon danışığı zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb.


**13:11


Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.


Məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.


Bildirilib ki, Vladimir Putin türkiyəli həmkarını yubileyi, 70 illiyi münasibəti ilə təbrik edib. Rusiya lideri ona Moskva ilə Ankara arasında münasibətlərin inkişafında səylərinə görə təşəkkür edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.