Macarıstan parlamenti ölkənin yeni prezidentini seçdi - YENİLƏNİB
FOTO

Macarıstan parlamenti Konstitusiya Məhkəməsinə rəhbərlik etmiş Tamaş Şuyoku ölkənin yeni prezidenti seçib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, yeni prezidentin seçilməsi yaz sessiyasının ilk günündə gerçəkləşib. 

 

Belə ki, 67 yaşlı Şuyokun namizədliyi hakim partiyalar olan FİDES - Macarıstan Vətəndaş Birliyi və onların partnyorları, parlamentdəki 199 yerdən 135-nə sahib olan Xristian Demokratlar koalisiyası tərəfindən irəli sürülüb.

 

Səsvermə zamanı bütün hökumətyönlü deputatlar Şuyoku dəstəkləyiblər və bu, onun birinci turda qələbəsini təmin edib.

 

**21:14

 

Macarıstan parlamenti Prezident Katalin Novakın istefasını qəbul edib.

 

TASS bildirir ki, deputatlar qış fasiləsindən sonra keçirilən ilk iclaslarında dövlət başçısının istefaya getməsi ilə bağlı bəyanatını yekdilliklə təsdiqləyiblər.

 

Novak istefasını fevralın 10-da pedofiliya cinayətində iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqal fonunda elan edib. O, bağışlanmaz səhv etdiyini bildirib və vəzifəsindən getmək qərarına gəlib. Parlamentin iclasında çıxış edən Baş nazir Viktor Orban ona gördüyü işlərə görə təşəkkür edib.

 

Onun yerinə Konstitusiya Məhkəməsinin 67 yaşlı sədri Tamaş Şuyokun namizədliyi irəli sürülüb. 

 

Macarıstan Prezidenti parlament tərəfindən beş il müddətinə seçilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.