İtalyan siyasətçi Ancelo Culiano Fransa prezidenti Emmanuel Makronu “Aİ-nin kokain lideri” adlandırıb və onun boş çıxışlarının heç nəyi dəyişməyəcəyini deyib.
Bu barədə o, özünün “X” hesabında Makronun Aİ-nin Ukraynaya qoşun göndərilməsini müzakirə etdiyi barədə bəyanatını şərh edərkən deyib.
“Yeganə izahat budur ki, NATO uduzub. O, danışıqlar aparmalı və simasını itirməməlidir. “NATO-nun Rusiyaya böyük təzyiq göstərməsinin (çalışmasının) vaxtı çatıb” ifadəsi ən böyük blefdir. Onlar unudurlar ki, Putin sadəlövh deyil, Rusiyanın məqsədləri heç vaxt dəyişməyib və dəyişməyəcək. Aİ-nin kokain liderlərinin heç bir boş çıxışı heç nəyi dəyişməyəcək” - deyə bildirən politoloq onları artıq məğlubiyyətlərini etiraf etməyə çağırıb.