“Ukrayna Prezidenti Volodimir Zelenskinin 10 maddəlik sülh planını prinsipcə dəstəkləyirik”.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Cənub-Şərqi Avropa Sammitinə videomüraciətində deyib.
O bildirib ki, Türkiyə Rusiya və Ukrayna arasında növbəti görüşə ev sahibliyi etməyə hazırdır.
“Şərqi Avropadakı savaşın ədalətli və dayanıqlı sülhlə başa çatması üçün çalışırıq. Bunun üçün diplomatiya və dialoqa şans verilməlidir”, - deyə o vurğulayıb.
Ərdoğan qeyd edib ki, bütün cəhdlərə rəğmən, Ukraynadakı müharibənin dayandırılması ilə bağlı lazımi nəticə əldə olunmayıb və sülh üçün tərəflərin bir araya gətirilməsinə ehtiyac var.