Martın 1-dən Rusiya hökuməti benzinin ixracına 6 aylıq qadağa tətbiq edəcək və birja ticarətində dizel yanacağının satışı standartlarını artıracaq.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, ölkənin Nazirlər Kabinetindən verilən yazılı açıqlamada qeyd edilib ki, bu addım daxili yanacaq bazarında sabitliyi qoruyub saxlamaq üçün atılıb.
Qadağa beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə humanitar yardım məqsədilə və ya vətəndaşların şəxsi istifadə üçün ixrac olunan yanacağın həcminə təsir etməyəcək.
Qeyd edək ki, dünən Baş nazirin müavini Aleksandr Novak benzin ixracına qoyulan qadağanın planlaşdırılandan daha tez başa çata biləcəyini deyib.
Xatırladaq ki, Rusiyada 2023-cü ilin sentyabrında benzin və dizelin qiymətinin artması ilə onun ixracına qadağa qoyulmuşdu. Amma təxminən 2 ay sonra həmin qadağa götürülmüşdü.