Dünyada PUA texnologiyasında ilk üçlükdə, satışında isə zirvədəyik.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.
Ərdoğan bu günə qədər 50 ölkə ilə 770 PUA üçün müqavilə imzalandığını bildirib.
“Ötən il təkcə bu ixracatın məbləği 1,8 milyard dollar idi. 2024-cü ilin ilk iki ayında 633 milyon dollarlıq ixracat rəqəmi ilə müdafiə və aerokosmik sektorda yeni rekord qırmışıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.