Bu il fevralın 28-də azaraq Ermənistana keçən və martın 5-də Vətənə qaytarılan Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.
Senzor.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib.
"Vətənə qayıtdığıma görə çox xoşbəxtəm. Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm. Bilirdim ki, məni əsirlikdən xilas edəcək", - R.Pənahov vurğulayıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
**15:27
Bu il fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.
Senzor.az xəbər verir ki, onu gətirən təyyarə Heydər Əliyev Hava Limanına eniş edib.
Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu il fevralın 28-də səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Daha Sonra Ermənistan İstintaq Komitəsi onun Cinayət Məcəlləsinin bir neçə maddəsi "sərhədi qanunsuz keçmək", "silah gəzdirmək" və s. ilə ittiham olunduğunu bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin martın 4-də yaydığı məlumatda onun Azərbaycana təhvil verilməsi ilə bağlı qərar qəbul olunduğu bildirilib.
**2024-03-04/22:26
2024-cü il fevralın 28-də Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan tərəfə keçən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldəniz Oğlu Pənahov barəsində Ermənistan Prokurorluğu tərəfindən aparılan cinayət təqibi dayandırılıb.
Senzor.az bildirir ki, bu barədə Ermənistan mediası ölkənin İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Məlumata görə, Ermənistan İstintaq Komitəsi R.Pənahova qarşı cinayət təqibinə xitam verilməsi barədə prokurorluğa vəsatət verib və o, təmin edilib.
Qeyd olunub ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında qalması ilə bağlı faktiki məlumatlar əldə edilib.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb ki, İrəvan Ruslan Pənahovu Azərbaycana təhvil vermək qərarına gəlib.
Məlumatda o da vurğulanıb ki, bununla bağlı İrəvanla Bakı arasında razılıq ən yüksək səviyyədə əldə olunub.