Çin lideri Si Szinpin ordunu dənizdə hərbi münaqişələrə hazırlığı gücləndirməyə və ölkənin dəniz sərhədlərini və maraqlarını qorumağa çağırıb.
“Röyters” xəbər verir ki, o, bu çağırışı Çin parlamentinin illik sessiyasında edib.
Çin liderinin sözlərinə görə, ölkə kiberməkanda müdafiə sistemi yaratmalı və milli şəbəkənin təhlükəsizliyini qorumaq imkanlarını təkmilləşdirməlidir.