İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsini müdafiə etmək hüququna malikdir, lakin İsrail dövlətinin Qəzza zolağında HƏMAS terror təşkilatına qarşı apardığı müharibə zamanı günahsız insanların həyatını qorumaq üçün daha çox işlər görməlidir.
Senzor.az bildirir ki, bunları ABŞ Prezidenti Co Bayden MSNBC telekanalına müsahibəsində deyib.
“Fikrimcə, o, dünyanın qalan hissəsinin İsrailin müdafiə etdiyi şeylərə qarşı çıxmasına səbəb olmaqla, İsrailə kömək etməkdən daha çox, zərər verir. Və mən hesab edirəm ki, bu, böyük səhvdir”, - Amerika lideri bildirib.
Təxminən 1,5 milyon fələstinli qaçqının sığındığı Rəfah şəhərinə İsrail Müdafiə Qüvvələrinin hücumu ehtimalından danışan Co Bayden bu addımın “qırmızı xətt” olduğunu, lakin “İsraili heç vaxt tək qoymayacağını” qeyd edib.