Ermənistanın Avropa İttifaqı (Aİ) və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alacağına dair qərar referendum tələb edir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan bildirib ki, bu qərarın qəbul edilməsi ölkənin konstitusiyasında dəyişikliyə bərabər olan gücə malik məsələlərdir. Bu səbəbdən hakimiyyətin öz ideyası ola bilər, lakin qərar vermək xalqın ixtiyarındadır.