İsraildə seçkilər keçirmək və hakimiyyəti dəyişmək gərək deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu amerikalı senator Çak Şumerin bu yöndə çağırışlarına cavab olaraq deyib.
“Yeganə devrilməsi lazım olan hakimiyyət Qəzzadakı HƏMAS hakimiyyətidir. Mindən çox israillini öldürdülər. İsraillilərin əksəriyyəti bizim hakimiyyəti və onun siyasətini dəstəkləyir. 11 sentyabr teraktından sonra İsrail Buşun əvəz edilməsini xahiş etməmişdi”, - deyə Baş nazir vurğulayıb.