Rusiyada keçirilmiş prezident seçkisində bülletenlərin 99,43 faizi hesablanıb.
Senzor.az bildirir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Nəticələrə görə, Vladimir Putin 87,32 faiz səslə liderdir.
İkinci yerdə Rusiya Kommunist Partiyasından Nikolay Xaritonovdur. O, seçicilərin 4,31 faiz səsini qazanıb.
Üçüncü yerdə 3,79 faiz səslə Vladislav Davankov (“Yeni İnsanlar”), sonuncu sırada isə 3,19 faiz səslə Leonid Slutski (RLDP) qərarlaşıblar.