ABŞ Rusiya Prezidenti Vladimir Putini prezident seçkilərində qələbəsi münasibətilə təbrik etmək niyyətində deyil.
Senzor.az bildirir ki, bunu mətbuat konfransında ABŞ Dövlət Departamenti mətbuat xidməti rəhbərinin müavini Vedant Patel deyib.
"Düşünürəm ki, ABŞ - dan heç bir təbrik olmayacağını əminliklə söyləmək olar”, - deyə Patel vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonda Rusiyada keçirilən prezident seçkilərini nə azad, nə də ədalətli hesab etmirlər.