Benzin qiymətləri ilə bağlı yeni xəbər - BAHALAŞACAQ

Aİ-95 markalı benzinin 1 tonunun qiyməti Sankt Peterburq beynəlxalq əmtəə-xammal birjasında son altı ayda ilk dəfə olaraq 60 min rubla (654 dollar) çatıb. Bu, 2023-cü ilin sentyabrından bəri maksimum qiymətdir. O vaxt Rusiyadan yanacaq ixracına qadağa qoyulduqdan sonra benzinin qiyməti düşməyə başlamışdı.

 

Rusiya hakimiyyəti martın 1-dən benzinin ixracına yenidən qadağa qoyub. Belə bir qadağa 2023-cü ilin sentyabrından noyabrına qədər də qüvvədə olmuşdu. RBK agentliyi bildirir ki, bu tədbirlərə baxmayaraq benzinin birja qiymətləri qalxmaqda davam edir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2023-cü ildə 86 min 36.95 ton "Premium Euro-95" markalı avtomobil benzini idxal edib. Bu da 2022-ci illə müqayisədə 13.5 faiz azdır. Əsas idxal (40 min 261.56 ton) Rusiya Federasiyasından gerçəkləşdirilib

 

Rəsmi məlumatlardan da məlum olur ki, Azərbaycan benzinin əhəmiyyətli hissəsini Rusiyadan idxal edir.

 

Bəs bu bahalaşmanın bizə hər hansı bir təsiri olacaqmı?

 

Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Rusiyanın ixraca qoyduğu qadağa bizə bir çox mənfi təsirlərin qarşısını alır, lakin bu, müvəqqətidir: "Rusiya artıq ixraca qadağa qoyub və ixraca qadağa qoyduğu halda artıq Azərbaycanın alternativ bazarlarına bu məhsulu idxal etmək zərurəti yaranmır. Rusiya benzin ixracına qadağa qoyduğu üçün də Azərbaycan başqa alternativ bazarlar axtarmaq məcburiyyətindədir. Bu alternativ bazarlar da Azərbaycan üçün Rumıniya, Qazaxıstan və s. bu kimi ölkələrdir. Azərbaycan fərqli dövrlərdə, müxtəlif ölkələrdən bu kimi məhsulları idxal edir”.

 

İqtisadçı bildirib ki, faktiki olaraq Rusiyada baş verənlərin dünya bazarında benzinin qiymətinə necə təsir edəcəyi önəmlidir.

 

Onun sözlərinə görə, son dövrlər neftayırma zavodunda yaranmış problem Rusiyada benzinin qiymətinin daha da bahalaşmasına səbəb olacaq: “Həm qeyd etdiyimiz problem, həm də Rusiyanın ixraca qoyduğu məhdudiyyət dünya bazarında benzin qiymətlərinin bahalaşmasını müəyyən mənada şərtləndirə bilər. Nəzərə almaq lazımdır ki, müvafiq oqtan dərəcəli benzinlərin Azərbaycanda qiyməti Tarif Şurası tərəfindən deyil, bazar qiymətlərinə uyğun tənzimlənir. Belə olduğu təqdirdə isə bu təzyiqlərin Azərbaycana transformasiyası mümkündür. Lakin bunun hansı faiz dərəcəsi ilə, hansı səviyyədə olacağını zaman göstərəcək”.

 

Rusiyada baş verənlərin nə zamana qədər çəkəcəyi və neftayırma zavodlarının fəaliyyəti ilə bağlı növbəti dövrlərdə prosesin hansı istiqamətdə cərəyan edəcəyi hələlik bilinmir. Çünki zavodların fəaliyyətini dayandırması Rusiya-Ukrayna konflikti fonunda baş verir. Hazırda Ukrayna müvafiq hücumlarını davam etdirir, amma bunun nə qədər davam edəcəyi və vurulmuş zərərin nə vaxt aradan qaldırılacağı ilə bağlı məlumat olmadığı üçün proqnozlaşdırma aparmaq çox çətindir”,- deyə Rəşad Həsənov əlavə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.