İrlandiyanın Baş naziri Leo Varadkar istefa verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, o, Baş nazir postu ilə eyni vaxtda Fine Gael partiyasının sədri vəzifəsindən də istefa verib.
O, istefaya getməsinin səbəblərinin həm şəxsi, həm də siyasi səbəblərlə bağlı olduğunu deyib.
Leo Varadkar son dəfə Baş nazir vəzifəsində fəaliyyətə 2022-ci ilin dekabrında başlamışdı. O, 2017-ci ildən 2020-ci ilədək də bu vəzifəni tutub.
Qeyd edək ki, Leo Varadkarın rəhbərlik etdiyi Fine Gael partiyası Fianna Fail partiyası ilə birlikdə İrlandiya siyasətində iki böyük partiyadan biridir.