Amerika Birləşmiş Ştatları Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına (TŞ) təqdim edib.
Bunu ABŞ dövlət katibi Entoni Blinken “Al Hadath” telekanalına müsahibəsində deyib.
“Hazırda BMT Təhlükəsizlik Şurasına təqdim etdiyimiz bir qətnaməmiz var. O, dərhal atəşkəs və girovların azad edilməsini tələb edir və biz həqiqətən ümid edirik ki, ölkələr bunu dəstəkləyəcəklər”, - deyə o qeyd edib.
Axios portalının məlumatına görə, ABŞ Qəzza zolağında Rəfahda quru əməliyyatı keçirmək əvəzinə İsrail üçün bir neçə alternativ variant hazırlayıb. İdeyalardan biri şəhərdəki əməliyyatın təxirə salınmasını və aclığın qaçılmaz olduğu Qəzzanın şimalında humanitar vəziyyətin sabitləşdirilməsinə diqqəti yönəltməkdir.