Hikmət Hacıyev: Azərbaycan Çinin köməyi ilə elektromobil istehsal edə bilər

Azərbaycanın “yaşıl inkişaf” və rəqəmsallaşma ilə bağlı tutduğu yol Çinlə birgə fəaliyyət üçün yaxşı şərait yaradacaq.

 

Senzor.az bildirir ki, bunu Çinin CGTN telekanalına müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

 

“Çin şirkətləri Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna sərmayə qoyurlar, biz bunu minnətdarlıqla qəbul edirik, çünki bu, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir. Bu, xüsusən də Çin şirkətlərinin yaxşı təmsil olunduğu tikinti materialları və neft-kimya məhsullarının istehsalıdır”, - o bildirib.

 

H.Hacıyev qeyd edib ki, “yaşıl enerji” sahəsində belə əməkdaşlığa misal olaraq “ACWApower” şirkətinin çinli tərəfdaşlarla birgə fəaliyyətini göstərmək olar: “Çin məhsulları və inşaatçıları günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində iştirak edirlər”.

 

"Fürsətdən istifadə edərək Çini “yaşıl keçid”də əldə etdiyi nailiyyətlərə görə təbrik etmək istərdim. Çin bu işdə milli və qlobal səviyyədə praktiki nəticələr nümayiş etdirir, həmçinin öz nailiyyətlərini başqaları ilə bölüşür", - Prezidentin köməkçisi vurğulayıb.

 

H.Hacıyevin sözlərinə görə, budəfəki səfər zamanı oxşar layihələr müzakirə olunub, məsələn, buraya çinli tərəfdaşların köməyi ilə Azərbaycanda bərpa olunan enerji sektoru üçün istehsal müəssisələrinin, ölkədə elektromobillərin istehsalı xəttinin yaradılması daxildir: “Bu gün Bakının küçələrində Çinin elektromobillərini görmək olar. Ümumiyyətlə, Çində avtomobil sənayesinin bu seqmenti yaxşı inkişaf edib”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.