Ağ Ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.
Bu barədə Reuters məlumat yayıb.
Qeyd edək ki, Rusiyada baş vermiş silahlı hücumda azı 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.
Onu da xatırladaq ki, martın 14-də ABŞ-ın Rusiyadakı səfirliyi Moskvada “yaxın iki gündə” terror təhlükəsi ilə bağlı xəbərdarlıq yaymışdı.