İŞİD Rusiyanın Moskva vilayətində konsert zalındakı terrorun məsuliyyətini öz üzərinə götürüb.
CNN xəbər verir ki, bu barədə terror qruplaşmasının Teleqram kanalında bildirilib.
Terror təşkilatı iddiası ilə əlaqədar heç bir sübut irəli sürməyib.
Senzor.az isə bildirir ki, xüsusi xidmət orqanları terror aktında Ukraynanın və ya İŞİD-in iştirakı ilə bağlı versiyanı istisna edib.
Bu barədə "Mühüm olaylar" Operativ Qərargaha yaxın mənbəyə istinadən xəbər yayıb. Bununla belə, hələlik teraktı törədənlərin kim olduğunu müəyyən etmək mümkün olmayıb.
Qeyd edək ki, terror aktı ilə əlaqədar Operativ Qərargahın yaradıldığı atışma başladıqdan 49 dəqiqə sonra Moskva vilayətinin qubernatoru Andrey Vorobyov tərəfindən elan edilib. Buraya bütün güc strukturlarının nümayəndələri daxildir.
Bir daha xatırladaq ki, Moskva vilayətindəki “Crocus City Hall”ın konsert zalında terror aktı olub. Hadisədə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.