“Crocus City Hall”ın sahibi olan “Crocus International” şirkəti terror aktı ilə əlaqədar dərin hüznlə başsağlığı verib və konsert zalının bərpa olunacağını bəyan edib.
Senzor.az bildirir ki, bununla bağlı şirkətin saytında xəbər də yerləşdirilib.
Xəbərdə deyilir: “Terrorçuların qurbanı olanları heç vaxt unutmayacağıq. Onların çirkli əlləri ilə dağıdılanlar bərpa olunacaq”.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. İndiyədək olan məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, yüzdən çox yaralı var.