Şimali Koreya lideri Kim Çen In Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verən terror aktı ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.
"Yoldaş Kim Çen In teleqramında KXDR hökuməti və xalqı adından, şəxsən öz adından Rusiya Federasiyasının Prezidentinə və onun şəxsində Rusiya Federasiyasının hökumətinə və xalqına, həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı və rəğbətini bildirib", - deyə teleqramda qeyd olunub.
Teleqramda xüsusilə vurğulanıb ki, KXDR xalqı “ictimai-siyasi birliyin və sabitliyin möhkəmləndirilməsi məsələlərində Rusiya xalqının ədalətli işinə güclü dəstək və həmrəylik ifadə edir".