Avropa Parlamentinə seçkilərdə sürpriz nəticələr: “QOCA QİTƏ”ni NƏLƏR GÖZLƏYİR?
ŞƏRH - PROQNOZ

Bu il Avropa Parlamentinə keçirilən 10-cu seçki başa çatdı. 6-9 iyun tarixlərində keçirilən seçkinin qalibi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) oldu. EPP Avropa Parlamentində 181 səs qazandı. İkinci yeri isə (135 səs) Sosialistlər və Demokratlar tutdu.

 

Prinsip etibarilə EPP-nin seçkilərdə qalib gələcəyi gözlənilirdi. Bunun bir neçə səbəbi var. İlk olaraq onu qeyd etmək lazımdır ki, son illərdə Avropada sağmeyilli qüvvələr ciddi yüksəlişə keçib. Bu isə ideoloji böhranla bağlıdır. Daha dəqiq desək, Avropada əsas hakim ideologiya olan liberalizm ciddi böhran içindədir.

 

İdeoloji böhranın əsas səbəbi kimi Rusiya-Ukrayna müharibəsini göstərmək olar. Belə ki, müharibənin uzanması Avropada enerji, taxıl böhranları yaradıb və bu, liberalizmin əsas gücü olan iqtisadiyyata mənfi təsir edir.

 

Bundan başqa, son illərdə Avropaya müsəlmanların axın etməsi qoca qitənin etnik-dini kimliyinin dəyişməsinə səbəb olub. Bütün bu və digər faktorlar öz növbəsində qitədə sağ meyilli qüvvələri -  milliyyətçiləri və ultramilliyyətçiləri aktivləşdirib.

 

Bu gün Avropanın siyasi, sosial və iqtisadi vəziyyəti daha çox XX əsrin 20-30-cu illərini xatırladır. Təsadüfi deyil ki, Birinci Dünya müharibəsinin nəticələrindən, iqtisadi, siyasi və ideoloji böhrandan istifadə edən milliyyətçilər İtaliyada Benito Mussolininin (Faşizm), Almaniyada Adolf Hitlerin (Nasizm), İspaniyada Fransisko Franko öndərliyində güc qazandı.

 

Avropa Parlamentinə keçirilən 10-cu seçkinin nəticələrini də prinsip etibarilə EPP timsalında “qoca qitə”də ikinci ultramilliyyətçi və sağçıların oyanışı adlandırmaq olar. Mümkündür ki, qarşıdakı illərdə Avropada antisemitizm, islamafobiya, ultramilliyyətçilik, irqi ayrı-seçkilik pik həddə qalxacaq.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.