Zelenski uzaqmənzilli raketlərdən istifadəyə icazə aldığını təsdiqlədi

Ukrayna uzaqmənzilli silahlardan istifadəyə icazə alıb. İndi Rusiyanın hərbi potensialının azaldılması istiqamətində işlər aparılacaq.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Danimarkanın Baş naziri Mette Frederiksenlə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

Zelenskinin sözlərinə görə, o, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqə saxlayıb.

 

“Prezidentlər arasında yalnız birbaşa əlaqələrə üstünlük verirəm, komandaya gəldikdə isə onların öz əlaqələri var, mən hazırda mediada qeyri-rəsmi məlumatları qəbul etmirəm”, - deyə Prezident qeyd edib.

 

Dövlət başçısı, həmçinin Ukraynanın Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə etmək icazəsi aldığını təsdiqləyib. “Uzaqmənzilli raketlərdən istifadəyə gəlincə, biz çalışırıq ki, bütün ölkələr bu qərarı dəstəkləsin. Rusiyanın nüvə silahı ilə bağlı mövqeyindən sonra Almaniyanın da müvafiq qərarları dəstəkləmək vaxtıdır. Bu qərarlardan sonra Rusiyanın hərbi potensialını azalda biləcəyimiz imkanların sayını artıra bilərik”, - deyə Zelenski bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.