İran, Azərbaycan və Rusiya qonşu ölkələrin elektrik mübadiləsinə kömək edəcəklər

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli elektrik şəbəkəsi ölkənin şimalı ilə qonşu ölkələr arasında elektrik mübadiləsinin yaranmasına kömək edəcək.

 

Trend-in məlumatına görə, bunu İranın Enerji İstehsalı və distribüterliyi Şirkətinin (TAVANIR) icra direktoru Mustafa Rəcəbi Məşhədi yerli mediaya açıqlamasında deyib.

 

Onun sözlərinə görə, İran Azərbaycan və Rusiyanın energetika nazirləri arasında üçtərəfli görüşün keçirilməsi üzrə lazımi koordinasiyalar aparılıb. Bu iclasın elektrik enerjisi əlaqələrinin inkişafı ilə nəticələnəcəyi gözlənilir.

 

Rəcəbi Məşhədi deyib ki, hazırda İran,  Rusiya və Azərbaycan arasında razılaşma əsasında 300 meqavat elektrik mübadiləsi etmək mümkündür. Bu həcmi 1 min meqavata yüksəltmək olar və bununla əlaqədar elektrik enerjisi nəqli xətləri inkişaf etdirilir.

 

Qeyd edək ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir. Bu layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın “Monenko” Şirkəti həyata keçirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.