ABŞ Prezidenti Donald Tramp ticarət rüsumlarının tətbiq edilməsini təxirə salmaq qərarına gəlib.
Bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilir ki, Ağ Ev rəhbəri ölkənin maliyyə naziri Skott Bessent və ticarət naziri Hovard Latnik ilə müzakirələrdən sonra bu fikrə düşüb.
Nəşr qeyd edir ki, aprelin 9-da maliyyə bazarlarını panika bürüyüb və bununla əlaqədar olaraq S.Bessent və H.Latnik D.Trampın miqyaslı qlobal tariflər tətbiq etmək planını dayandırmasında israr ediblər.
Onların bu yöndə çabalarını daim Prezidentin ətrafında "dolaşan" ticarət üzrə məsləhətçisi Piter Navarronun mövqeyi çətinləşdirib.
Bununla belə, S.Bessent və H.Latnik Amerika lideri ilə planlaşdırılmamış görüş keçirə və onu tariflərin dərhal tətbiqindən imtina etməyə inandıra biliblər.