“Haaretz”: “Erməni soyqırımı” məsələsi Knessetin gündəliyindən çıxarılıb
AZƏRBAYCANIN TƏZYİQİNDƏN SONRA

Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarıb.

 

Bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

 

Qeyd edilib ki, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb.

 

İsrailli bir mənbənin iddiasına görə, xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən səsvermə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Prezidenti İlham Əliyevin adından Baş nazirin Ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu tərəfindən bloklanıb.

 

“Haaretz” yazır ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə məsələni Knessetin gündəliyindən çıxardığını və buna görə də ötən həftə yay tətilindən əvvəl keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacağını bildirib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.