““Pasxa atəşkəsi” bu gün gecə yarısı başa çatacaq”.
Bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, dövlət başçısı Vladimir Putin “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Xatırladaq ki, Rusiya Prezident Vladimir Putin ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimovun döyüş təmas xəttindəki vəziyyətlə bağlı məruzəsini dinləyib və bildirib ki, Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandıracaq.