Fələstinin HƏMAS hərəkatı münaqişənin həllindən sonra Qəzza sektoruna nəzarətdən imtina etməyə hazır olduğunu bildirib.
“Al Hadath” telekanalı xəbər verib ki, hərəkatın silahlı qanadı tərəfindən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman vasitəsilə ABŞ
Prezidentinin xüsusi elçisi Stiven Uitkoffa çatdırılan mesajda belə deyilir.
“HƏMAS, həmçinin İsraillə uzunmüddətli atəşkəsə və müharibəni sona çatdıracaq razılaşmanın bir hissəsi kimi bütün əsirləri azad etməyə hazır olduğunu bildirib”, - deyə məlumatda qeyd olunub.