Ermənistanda gedişhaqqının artırılmasına etiraz: SAKİNLƏR YOLU BAĞLADILAR

Ermənistanın Proşyan və Kasax kəndlərinin sakinləri növbəti dəfə etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər.

 

Ermənistan mətbuatı xəbər verir ki, etirazçılar Kotayk qubernatoru Aaron Saakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştarak-İrəvan yolunu bağlayacaqlar.

 

Kasax və Proşyanı İrəvanla birləşdirən 25 və 59 nömrəli avtobus marşrutlarının fəaliyyətinin dayandırılmasına etiraz edən sakinlər onların əvəzinə indi daha bahalı mikroavtobusların işlədiyini bildiriblər.

 

Etirazçılar yolu bağlamaq niyyətləri barədə əvvəlcədən xəbərdarlıq ediblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib.

 

“Report” xatırladır ki, aprelin 9-da Kasax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə, heç bir dəyişiklik baş verməyib. Hakimiyyətin qərarına əsasən, sərnişindaşıma xidmətini artıq İrəvan meriyası deyil, "Multitransport" şirkəti yüksək tariflərlə həyata keçirəcək. Əvvəllər gedişhaqqı 100 və 150 dram idisə, indi bu məbləğ 250 ($0,64) və 200 dram olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.