ABŞ-ın Dövlət katibi Zelenskinin bəyanatından sonra Londona gedəsi olmadı

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenskinin Krımla bağlı bəyanatından sonra sülh danışıqları ilə bağlı görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.

 

Bu barədə “New York Times” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Londonda keçiriləcək görüşdə təqdim edilməsi planlaşdırılan Ukrayna böhranının həlli ilə bağlı Vaşinqtonun əsas təkliflərindən biri Kiyevin Krımı Rusiya ərazisi kimi tanımasıdır. 

 

Nəşr yazır ki, Zelenski jurnalistlərə bu variantı qəbul etmədiyini söylədikdən sonra Rubionun səfəri ləğv edilib.

 

Britaniyanın “The Telegraph” qəzetinin məlumatına görə, Londonda keçiriləcək görüşdə ABŞ yeddi bəndlik həll planını təqdim edəcək.

 

Qeyd edək ki, iclasda Böyük Britaniya, Fransa və Ukrayna nümayəndələri də iştirak edəcəklər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.