Avropa Ukrayna sazişi çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasının əleyhinədir

Kiyevin ABŞ ilə danışıqlarda olan avropalı müttəfiqləri Ukrayna münaqişəsinin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınması və Rusiyaya qarşı sanksiyaların ləğvi təklifinə qarşı çıxır.

 

Bu barədə "Reuters" avropalı diplomatlara istinadən yazıb.

 

Onların fikrincə, ABŞ-ın yarımadanın Rusiya ərazisi kimi tanınması təklifi Avropa və Ukrayna üçün "gerçəkləşməyəcək ideyadır". Diplomatların bildirdiklərinə görə, digər bir maneə münaqişənin həlli ilə bağlı razılıq əldə olunana qədər Rusiyaya qarşı sanksiyaların ləğvi məsələsidir ki, Avropa qəti şəkildə buna qarşı çıxır.

 

Əvvəl xəbər verildiyi kimi, Londonda keçirilən görüşdə ABŞ yeddi bənddən ibarət nizamlanma planını təqdim etməli idi və bu plana ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması da daxil idi. Lakin bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bu ehtimalı rədd edib. "The New York Times" qəzeti bildirir ki, məhz bu bəyanatdan sonra ABŞ Dövlət katibi Marko Rubio Böyük Britaniyaya səfərini ləğv edib.

 

KİV-də daha əvvəl qeyd olunduğuna görə, ABŞ-ın Rusiyanın Krım üzərində suverenliyini tanıması Avropa İttifaqında və xüsusilə NATO-da ciddi diplomatik böhran yaratmaqla yanaşı, danışıqlarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.