ABŞ-ın 12 ştatı Trampı məhkəməyə verdi

ABŞ-ın 12 ştatı Donald Tramp Administrasiyasının tətbiq etdiyi rüsumların ləğvinə nail olmaq üçün beynəlxalq ticarət üzrə ABŞ Federal Məhkəməsinə iddia ilə müraciət edib.

 

Bu barədə TASS xəbər yayıb.

 

"Son üç ay ərzində Prezident icra sərəncamları, memorandumlar imzalamaqla, sosial şəbəkələrdə paylaşımlar etməklə rüsumlar tətbiq edib, dəyişdirib, artırıb və dayandırıb. Bu sərəncamlar ölkənin ticarət siyasətinin vəziyyətini əks etdirir ki, bu da onun qanuni səlahiyyətlərinin effektiv şəkildə həyata keçirilməsinə əsaslanmaq əvəzinə, Prezidentin şıltaqlıqlarından asılı haldadır. Prezident ABŞ-a göndərilən istənilən mallara yüksək və daim dəyişən rüsumlar tətbiq etmək hüququnu özündə görməklə konstitusiya quruluşunu pozub və iqtisadiyyata xaos gətirib. Prezident konstitusiya quruluşunu pozdu və Amerika iqtisadiyyatına ziyan vurdu", - deyə məhkəmə sənədində bildirilib.

 

Dövlət başçısı iqtisadiyyata ziyan vurmaqla yanaşı, Konqresdən yan keçməklə Vaşinqtonun rüsum siyasətini dəyişmək üçün əsassız olaraq fövqəladə vəziyyət elan etməkdə də ittiham olunur.

 

Məhkəməyə müraciət təşəbbüsünü Oreqon ştatının prokuroru irəli sürüb və onu Arizona, Vermont, Delaver, İllinoys, Kolorado, Konnektikut, Minnesota, Men, Nevada, Nyu-York və Nyu-Meksiko ştatları dəstəkləyib. Daxili təhlükəsizlik naziri Kristi Noem və Gömrük və sərhəd mühafizəsi komissarı vəzifəsini icra edən Peter Flores təqsirləndirilən şəxslər kimi göstərilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.