Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam İrəvanda keçirilən məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.
Senzor.az bildirir ki, bunu yerli KİV-ə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan deyib.
"Baş nazir Paşinyan belə bir halı məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusilə qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qiymətləndirilə bilməz. Bu, təxribatçı və qızışdırıcı bir aktdır", - deyə o qeyd edib.