Fələstin lideri Mahmud Abbas HƏMAS rəhbərliyini təhqir edib.
Senzor.az bildirir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“İt uşaqları... Əlinizdə olanları (girovları) azad edin və bu iş bitsin. İsrailin bəhanələrini də aradan qaldırın”, - deyə M.Abbas işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi iclasda bildirib.
Fələstin lideri eyni zamanda, HƏMAS-ı tərk-silah olunmağa, müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti İsrailə təhvil verməyə çağırıb.
Bu arada HƏMAS Siyasi Bürosunun üzvü Basim Naim Abbasın “öz xalqının əhəmiyyətli bir hissəsinə qarşı təhqiramiz ifadələr işlətməsini” pisləyib. “Abbas ardıcıl olaraq və şübhə ilə xalqımızı işğalçıların cinayətlərinə və davam edən zülmə görə günahlandırır”, - deyə Naim bildirib.